Akademiya haqqında

Akademiya haqqında proqramlaşdırma kursu
Akademiya haqqında
Div Academy innovativ sahələri tədris edən, Azərbaycanın ən böyük IT akademiyalarından biridir. 10+ illik təcrübəsi olan IT şirkəti tərəfindən təsis olunmuşdur. Hazırda 2000-dən çox tələbə və məzunu olan akademiya, Bakıda və ölkənin müxtəlif regionlarında tədris təcrübəsinə malikdir.

Akademiya Azərbaycanda 24 saat fasiləsiz fəaliyyət göstərən yeganə IT akademiyası olaraq tələbələrə müasir icma və şəbəkələşmə təmin edir. 

Akademiyanın nəzdində fəaliyyət göstərən karyera mərkəzi 100-dən çox özəl şirkət və dövlət qurumu ilə partnyorluq edərək, tələbə və məzunlara iş imkanları yaradır.

100% təcrübə zəmanətli təhsil imkanı ilə tələbələrə klassik kurs metodunu unutduraraq birbaşa əmək bazarına kadr yetişdirmə rolu oynayır.
 
Niyə innovasiya sektorunda olmalısan ?
  • Ölkəmizdə və dünyada ən yüksək maaşlar məhz bu sektordakı vakansiyalardadır
  • Həm ofisdən, həm evdən işləyə biləcəyin bir işdir
  • Hansısa şirkətin işçisi olmasan belə, özün freelance xidmət göstərə bilərsən
  • Ölkə xaricinə asanlıqla köçə və orada yüksək maaşa işləyə bilərsən
  • Linkedin üzərindən daim xarici şirkətlərdən təkliflər ala bilərsən
  • Gələcək nəsillərə daha yaxşı bir dünya inşa edə bilərsən...

Akademiya kimlər üçündür ?
  • İstənilən ixtisasda oxuyan ancaq texnologiyaya və müasir peşələrə həvəsli tələbələr
  • Universiteti yeni bitirmiş məzunlar
  • Tamamilə fərqli sahədə işləyən şəxslər
  • Yaxın 2-5 ildə xaricə köçməyi planlaşdıranlar
  • Özü öyrənməkdə (self study) çətinlik çəkənlər
  • Evdən (remote) və ya sərbəst (freelance) işlərdə işləməyi xoşlayanlar

Niyə Div Academy ?
  • Qısa yol: Akademiya 10 illik proqramlaşdırma təcrübəsi olan IT şirkət tərəfindən təsis edilmişdir. Bu nə deməkdir ? Yəni, şirkətlərin kadr axtararkən nələrə fikir verdiyini, nələri bilməli olduğunu, müsahibələrdə nələri soruşduğunu artıq bu akademiya yaxşı bilir və səni iş həyatına qısa yoldan hazırlayır. 
  • Birbaşa qəbul: Akademiyanı bitirdikdən sonra dərhal partnyor IT şirkətlərdə real təcrübəyə başlayırsan və CV-in digər kurs məzunlarından 1-0 öndə olur.
  • Karyera mərkəzi: CV demişkən, həm də burada peşəkar CV hazırlanması, müsahibələrdə verilən suallar haqda sınaqdan keçmiş taktikalar sənə öyrədiləcək.
  • Qısa müddət: Həftədə 3 dəfə, intensiv proqram nəticəsində sürətli formada proqramlaşdırma öyrənəcəksən.
  • Hər gün praktika: Hər gün tədris + hər gün praktiki məşğələ metodu ilə proqramçı olmaq çətinliyi geridə qaldı.

Partnyorlarımız

Ada Universiteti Div Academy
Bakı Ali Neft Məktəbi Div Academy
Dövlət Məşğulluq Agentliyi Div Academy
Sabah hub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Div Academy
Kapitalbank Div Academy
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Div Academy
Təhsil Assosiasiyası Div Academy
ABB Bank Div Academy
Hesab.az Div Academy
Ulduzum Div Academy
Unibank Div Academy

Müraciət et

Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keçin, biz sizinlə əlaqə saxlayaq.



Mobil nömrə minimum 9, maksimum 12 simvoldan ibarət olmalıdır.

Tədrisi seçin