Finland təhsil metodologiyası nədir?
Finlandiya modeli praktiki öyrənmə, layihə əsaslı yanaşma və real həyat problemlərinin həllinə yönəlmiş təhsil sistemi ilə fərqlənir. Şagirdlər yalnız nəzəri bilik əldə etməklə kifayətlənmir, həm də biliklərini tətbiq edərək öyrənirlər.- Tələbə mərkəzli yanaşma
Finlandiya təhsil modeli tələbələrin öyrənmə prosesinə aktiv şəkildə cəlb olunmasını təmin edir. Hər kəsin fərqli öyrənmə sürəti nəzərə alınır və şagirdlərə öz maraqlarına uyğun inkişaf etmək imkanı verilir. - Minimum ev tapşırığı
Tələbələr tapşırıqların çoxunu tədris olunan ərazidə yerinə yetirir və dərsdən kənar şəxsi həyatları üçün maksimum çox vaxt ayrılması təmin olunur. - Öyrənməyi öyrənmək
Bu yanaşma tələbələrə yalnız kurs müddətində deyil, gələcəkdə də daim inkişaf etmə vərdişlərini aşılayır. - Əyləncə həyatı
Tədris prosesini maraqlı etmək üçün daim interaktiv oyunlar təşkil olunur.
Niyə Finlandiya?
Finlandiya dünyanın ən uğurlu və innovativ təhsil sistemlərindən birinə malikdir. Bu ölkə, 1860-cı illərdən sonra bütün gücünü təhsil metodologiyasını inkişaf etdirməyə, onu beynəlxalq arenada ölkəni təmsil edəcək beyin məhsuluna çevirməyə həsr etdi.Bu gün dünyanın qabaqcıl universitetləri, təhsil mərkəzləri 100 ildən çox təcrübəsi olan məhz bu yanaşmanı tətbiq edir.
Necə tətbiq edirik?
Div Academy olaraq biz Finlandiya təhsil metodologiyasını proqramlaşdırma və innovasiya sahəsində tətbiq edirik. Tədris proqramımız aşağıdakı prinsiplərə əsaslanır:- Öyrənənədək dəstək
Hər bir tələbənin öyrənmə sürətinə uyğun fərdiləşdirilmiş dəstək veririk. Əgər tələbə dərsləri tam mənimsəməsə, növbəti qrupla təhsili tamamilə ödənişsiz davam etdirə bilər. - Ev tapşırığı akademiyada
İstər dərsdən sonra, istərsə də günün istənilən saatında tələbələr 24 saat açıq mərkəzdə bootcamp hissəsində əyləşərək, mentorları və digər qrup yoldaşları ilə birgə ev tapşırıqlarını icra edə bilir. - Layihə əsaslı öyrənmə
Hər dərs günü nəzəri biliklərlə yanaşı mütləq praktiki məşğələ icra olunur. Yekunda isə tələbələr final layihələr hazırlayır, komandalarla əməkdaşlıq edir və texniki problemləri həll edirlər. - Yaradıcılıq qabiliyyətinin inkişafı
Akademiya nəzdində mütəmadi tədbirlər, oyunlar təşkil olunur. Cari tələbələr üçün bütün bu fəaliyyətlərlərdə iştirak tamamilə ödənişsiz olur.