
Öyrənmək bəzən çətin ola bilər, bunu əyləncəli şəkildə etdiyiniz zaman isə daha asan və effektiv olur.💡
Kodlaşdırmanı öyrənmək kurslarla bir qədər rahatlaşsa da, indi öyrədici oyunlar da sizə kömək edə bilər. Oyun sizə kodlaşdırma haqqında bilməli olduğunuz hər şeyi öyrətməyəcək, lakin öyrəndiyiniz bacarıqları praktikada tətbiq etmək üçün əla bir yoldur. Təcrübə işi əyləncəli edir, çünki nəticəni görürsən.
🎮 Bu 5 pulsuz oyunla kodlaşdırmanı daha rahat öyrənin:
- CodeMonkey
CodeMonkey sizə HTML5-də öz oyunlarınızı yaratmaq üçün əsl proqramlaşdırma dili olan CoffeeScript-dən istifadə edərək proqramlaşdırma öyrədir.
- CodinGame
Jаvascript, Ruby, PHP daxil olmaqla 25-dən çox proqramlaşdırma dilini öyrənmək imkanı verən bir oyundur. CodinGame-in ən yaxşı cəhətlərindən biri onun dostlarınız və ya həmkarlarınızla oynamaq, həmçinin beynəlxalq proqramlaşdırma yarışlarında iştirak etmək imkanı verən əfsanəvi baza üzərində qurulmasıdır.
- CSS Diner
CSS Diner CSS-i öyrənmək üçün sadə, lakin əyləncəli üsul təklif edir. Burada CSS-in necə işləməsini öyrədəcək 32 səviyyə olur. Hər səviyyə getdikcə daha da mürəkkəbləşir və əvvəlki dərslərdə öyrəndiklərinizi təkmilləşdirməyə imkan verir.
- CodeCombat
Həm müəllimləri, həm də tələbələri hədəf alan ən əhatəli oyunlardan biridir. Python, jаvascript, CoffeeScript və Lua dillərini öyrədir.
- Code Hunt
Code Hunt kodları müəyyən edərək təhlil edir, parçalara uyğunlaşdırmaq üçün onları dəyişdirir və işləyən kodu sizə göstərir. Java və ya C# öyrənmək üçün istifadə edə bilərsiniz.