Proqramlaşdırma ilə maraqlanan, müxtəlif seçimlər ilə qarşılaşıb haradan başlayacağını bilməyən dostum!
Bu yazım sənə görədir 🤩
Proqramlaşdırmanın şəxsi inkişafında rolu və müasir dünyaya verdiyi töhfə əvəzolunmazdır.
Müasir proqramlaşdırma dilləri vasitəsilə sən:
Bunlar personal kompüterlərə yüklənən proqramlardır. Hansılara ki, ofis proqramları, oyunlar, iş mühitində istifadə olunan proqramlar, dizayn proqramları və s. aid etmək olar. Windows əməliyyat sistemində kompüterə yüklənən proqramları yaratmaq üçün C++, C#, Java kimi proqramlaşdırma dilləri istifadə olunur. Proqramlaşdırmaya yeni başlayan biri üçün öyrənilməsi nisbətən çətin olan proqramlaşdırma dilləridir.
Burada sənə sualım olacaq: "Ən son nə vaxt kompüterinə proqram yükləmisən 🤔?"
Reallıq ondadır ki, son zamanlarda kompüterimizə proqram yükləmək əvəzinə biz veb və mobil tətbiqlərdən istifadə edirik. Bunlar ancaq Windows əməliyyat sistemi üçün nəzərdə tutulan kompüterlərdə yox, internet veb brauzeri olan istənilən cihazlarda istifadə oluna bilir.
Mobil proqramlaşdırma üçün, adətən, ilkin proqramlaşdırma bilik və bacarıqları, alqoritmik düşünmə qabiliyyəti tələb olunur. Ayrıca mobil tətbiqlər hər bir mobil əməliyyat sistemi (Android, iOS) üçün xüsusi yazılır və optimizasiya olunur. Beləliklə, mobil developer olmaq üçün bir neçə proqramlaşdırma dil biliyi tələb olunur. Bunlara Kotlin (Android) və Swift (iOS) kimi dilləri misal göstərmək olar.
Frontend və Backend olaraq 2 yerə ayrılır:
📌 Frontend dedikdə veb saytların və tətbiqlərin interfeysinin UI/UX tərtibatı, veb əsaslı təbiqlərin proqramlaşdırması başa düşülür. Frontend developer-in istifadə etdiyi dil və texnologiyalar HTML, CSS, jаvascript, çoxlu framework və kitabxanalardır.
📌 Backend isə veb sayt və ya müxtəlif tətbiqlərdə əks olunan məlumatların saxlanmasını, tənzimlənməsini, təhlükəsizliyini və Frontend-ə ötürülməsini təmin edir.
Veb proqramlaşdırma nisbətən vizual olduğundan əvvəl kodlaşdırma təcrübəsi olmayan biri onu daha rahat mənimsəyə bilər. Yazdığın kodun nəticəsini daha tez görüb proqramlaşdırmanı öyrənmək üçün motivasiya alacaqsan. Bir proqramlaşdırma dilini dərindən öyrəndikdən sonra artıq hər hansı bir mühit, proqram və tətbiqi yazmaq üçün yeni proqramlaşdırma dilini öyrənmək çox daha asan olacaq. Proqramlaşdırma aləminə veb proqramlaşdırma ilə addım atmaq tövsiyə olunur.

- Həm mobil tətbiqləri;
- Həm personal kompüter üçün proqramlar;
- Həm də veb sayt və tətbiqləri yarada bilərsən.
Kompüter proqramları 💻
Bunlar personal kompüterlərə yüklənən proqramlardır. Hansılara ki, ofis proqramları, oyunlar, iş mühitində istifadə olunan proqramlar, dizayn proqramları və s. aid etmək olar. Windows əməliyyat sistemində kompüterə yüklənən proqramları yaratmaq üçün C++, C#, Java kimi proqramlaşdırma dilləri istifadə olunur. Proqramlaşdırmaya yeni başlayan biri üçün öyrənilməsi nisbətən çətin olan proqramlaşdırma dilləridir.
Burada sənə sualım olacaq: "Ən son nə vaxt kompüterinə proqram yükləmisən 🤔?"
Reallıq ondadır ki, son zamanlarda kompüterimizə proqram yükləmək əvəzinə biz veb və mobil tətbiqlərdən istifadə edirik. Bunlar ancaq Windows əməliyyat sistemi üçün nəzərdə tutulan kompüterlərdə yox, internet veb brauzeri olan istənilən cihazlarda istifadə oluna bilir.
Mobil tətbiqlər 📲
Mobil proqramlaşdırma üçün, adətən, ilkin proqramlaşdırma bilik və bacarıqları, alqoritmik düşünmə qabiliyyəti tələb olunur. Ayrıca mobil tətbiqlər hər bir mobil əməliyyat sistemi (Android, iOS) üçün xüsusi yazılır və optimizasiya olunur. Beləliklə, mobil developer olmaq üçün bir neçə proqramlaşdırma dil biliyi tələb olunur. Bunlara Kotlin (Android) və Swift (iOS) kimi dilləri misal göstərmək olar.
Veb proqramlaşdırma 🌐
Frontend və Backend olaraq 2 yerə ayrılır:
📌 Frontend dedikdə veb saytların və tətbiqlərin interfeysinin UI/UX tərtibatı, veb əsaslı təbiqlərin proqramlaşdırması başa düşülür. Frontend developer-in istifadə etdiyi dil və texnologiyalar HTML, CSS, jаvascript, çoxlu framework və kitabxanalardır.
📌 Backend isə veb sayt və ya müxtəlif tətbiqlərdə əks olunan məlumatların saxlanmasını, tənzimlənməsini, təhlükəsizliyini və Frontend-ə ötürülməsini təmin edir.
Veb proqramlaşdırma nisbətən vizual olduğundan əvvəl kodlaşdırma təcrübəsi olmayan biri onu daha rahat mənimsəyə bilər. Yazdığın kodun nəticəsini daha tez görüb proqramlaşdırmanı öyrənmək üçün motivasiya alacaqsan. Bir proqramlaşdırma dilini dərindən öyrəndikdən sonra artıq hər hansı bir mühit, proqram və tətbiqi yazmaq üçün yeni proqramlaşdırma dilini öyrənmək çox daha asan olacaq. Proqramlaşdırma aləminə veb proqramlaşdırma ilə addım atmaq tövsiyə olunur.

Sənə yardımçı olmaq
İlk addımı at,