Proqramlaşdırma və sahibkarlıq?

Proqramlaşdırma və sahibkarlıq? Niyə də yox!  👊 


Corc Metyu Adams-ın bu sözləri ilə bloga başlayaq:

“You are your greatest investment.”

(Sən özünün ən böyük investisiyansan.)

Günü-gündən inkişaf edən texnologiya erasında proqramlaşdırma bilirsənsə, demək olar hər ideyanı gerçəkləşdirə bilərsən. Startap ideyanız varsa, gələcəyin sahibkarısınız deməkdir. Doğrudur, startap təkcə kompüter elmləri ilə bağlı deyil. Yenilikçi olan hər bir ideya və layihə startap sayılır. Ancaq nəzərə alsaq ki, əsr texnologiya əsridir, investorların ən çox marağını cəlb edən startaplar məhz texnoloji startaplardır.

Bəs yerli startapımızı necə bazarda aktiv edib xarici bazara çıxara bilərik? 🤔 

Bunun üçün Azərbaycan ekosistemində də öz yerini tutan və hər kəs üçün yeni anlayış olan Akselerasiya mərkəzləri mövcuddur. Sürətlə inkişaf edən dünyada startaplar və kiçik bizneslər rəqabətdə uduzmamaq, zəif tərəflərini inkişaf etdirmək üçün bir neçə aylıq Akselerasiya proqramlarından yararlanırlar. Bu proqram vasitəsi ilə onlar öz məhsulları üzərində işləyir, xarici və yerli mentorların yönləndirməsiylə bazarda aktiv bir vəziyyətə gəlir, xarici bazara çıxış əldə edirlər. Mərkəzlər startaplara ofisdən də istifadə etmək şansı verirlər.

Akselerasiya proqramı çərçivəsində startaplar çox sayda təlimlərdən keçərək bizneslərinin böyüməsinə və dayanıqlı olmasına fokuslanırlar. Prosesin bir hissəsi kimi dərin bazar araşdırması edilir, çatışmazlığı tapıb mentorların yönləndirilməsiylə onun üzərində işlənilir. 

💡 Startap ideyası olan hər bir kəsə uğurlar arzulayır və blogu John Mann-ın bu ifadəsi ilə bitirmək istəyirik:


“The best way to become good at anything is to practice.”

(Bir şeydə yaxşı olmağın ən yaxşı yolu praktika etməkdir.)


Hansı məkanda

təhsil alacaqsan?

Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya

Bizi tövsiyə

edirlər:

it kurslar bakida
Jafar Najaf

Growth hacker, Chapple.ai startapının təsisçisi

Bu sahədə karyera qurmaq istəyənlər üçün dəyərli seçim olduğunu düşünürəm və öz yaxınlarıma da tövsiyə edirəm.

it kurslar bakida
Seymur Rasulov

Whelp startapının təsisçisi

Tanıdığım, etibar etdiyim və öz yaxınlarıma da tövsiyə etdiyim IT sektorunda qabacıq akademiyalardan biridir.

it kurslar bakida
Toğrul Ələkbər

Karyera məsləhətçisi, kouç

Div Academy vizyonunu və yanaşmasını təqdir etdiyim, keyfiyyətinə güvəndiyim bir məkandır.

it kurslar bakida Sənə yardımçı olmaq
üçün buradayıq

Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keç

  • aysel div academy

kod yazmaqİlk addımı at,
ödənişsiz sınaq dərsinə yazıl

Tədrisi seçin