Marketinqin Böyük Üçlüsü

Marketinqin Böyük Üçlüsü
Marketinqdə effektiv istifadə olunarsa böyük uğur qazandıra biləcək müxtəlif fəaliyyət növləri vardır. Bu vasitələr marketinq dünyasında “Böyük üçlü“ kimi tanınır 🤩

BƏS BU “BÖYÜK ÜÇLÜ“-NÜN FƏALİYYƏTİ NƏDƏN İBARƏTDİR?
 
Rəqəmsal marketinqdə “Böyük üçlü“ strategiyaları, uğur qazanmaq üçün vacib olan əsas komponent və nüanslardan ibarətdir. Bu "Böyük üçlü" aspektləri şirkətə hədəf kütləsini maqnit kimi cəlb etməyə və qoyulan hədəflərə nail olmağa kömək edir. Gəlin baxaq bura nələr aiddir ⤵️:

  📍 Search Engine Optimization (SEO): 

Təsəvvür edin ki, bir təyinat nöqtəsinə səmərəli şəkildə çatmaq üçün xəritəyə ehtiyacınız var. Bu axtarılan xəritə isə SEO-dur. Açar söz axtarışı, səhifə optimallaşdırması, link və məzmun yaradılması kimi taktikalardan istifadə edərək şirkətlər “organic” axtarışlarda üst sıralara yüksəlirlər 📈 . Ən yaxşı SEO təcrübələrini izləmək və alqoritm dəyişiklikləri ilə ayaqlaşaraq şirkətlər rəqabətli onlayn bazarda uğur qazanmaq şanslarını artıra bilərlər.

  📍 Content Marketing: 

Əksər şirkətlərin viral olmasının səbəbi məhz məzmun marketinq olduğunu bilirdin 💡 ? Auditoriyanın duyğularına və ehtiyaclarına uyğun yüksək keyfiyyətli məzmun təqdim etməklə şirkətlər nüfuz qazana, inam yarada və dönüşümləri artıra bilirlər. Blog yazıları, məqalələr, videolar, infoqrafika, podkastlar kimi müxtəlif məzmun formalarından istifadə edilir. Əsas odur ki, problemi həll edən, suala cavab verən və ya tamaşaçıları bir şəkildə əyləndirən məzmun təmin olunsun .

  📍 Social Media Marketing:

Rəqəmsal marketinqin başqa bir kütləvi növü sosial media marketinqidir. Günümüzdə biznesin bilinirliyini artırmaq üçün Facebook, YouTube, İnstagram, Pinterest, Linkedın kimi sosial media platformalarından istifadə olunur. Sosial media platformaları markanızı, məhsullarınızı və xidmətlərinizi birbaşa reklam edərək satışlarınızın sayında ciddi fərq yarada bilərlər 🎯 .

Partnyorlarımız

Ada Universiteti Div Academy
Bakı Ali Neft Məktəbi Div Academy
Dövlət Məşğulluq Agentliyi Div Academy
Sabah hub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Div Academy
Kapitalbank Div Academy
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Div Academy
Təhsil Assosiasiyası Div Academy
ABB Bank Div Academy
Hesab.az Div Academy
Ulduzum Div Academy
Unibank Div Academy

Müraciət et

Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keçin, biz sizinlə əlaqə saxlayaq.



Mobil nömrə minimum 9, maksimum 12 simvoldan ibarət olmalıdır.

Kursu seçin