Proqramlaşdırma öyrənə bilərəm?

Bu sualı proqramlaşdırmanı öyrənmək istəyən hər gənc özünə sual verir. Sən də əgər bu bloqu oxuyursansa, demək artıq bu sualı özünə vermisən. Cavab isə çox aydındır - Bəli, öyrənə bilərsən! 👊
Bu yolda sizə kömək olacaq bir neçə məsləhətimiz var. Sizin karyera yolunda səyahətiniz və planlarınız fərqli ola bilər və bu çox yaxşı bir haldır. Hər bir fərdin özünəməxsus yolu var. Bu məqalənin məqsədi sizi özünüz və nə etmək istədiyiniz barədə düşünməyə təşviq etməkdir.

Özünə sual ver! 🧐 

Proqramlaşdırma öyrənmək üçün bir çox başlanğıc nöqtələri var - bunu etmək üçün vahid "doğru" yol yoxdur. Özünüzdən soruşun:


1. Öyrənmə tərziniz nədir?
Hər kəsin öyrənmə tərzi fərqli olur. Kimisi planlı, kimisi əylənərək öyrənərkən daha effektiv nəticə alır. Özünüzü kəşf edin. 🔍 


2. Proqramlaşdırma öyrənməliyəm?
Bir sözlə, bəli! Ancaq unutmayın ki, hər kəs kod yazmağı sevmir. Nə qədər çox həzz alsanız, bir o qədər yaxşı olma ehtimalınız var, bunu unutmayın.
İstifadə etdiyimiz bütün möhtəşəm proqramlar çılğın fikirlər olmadan heç vaxt yarana bilməzdi. Böyük tərtibatçılar faydalı yeni proqramlar yaratmaq üçün mövcud ideyaları hazırki düşüncə ilə birləşdirirlər. Bir anlıq Facebook-u düşünün. Əlbəttə ki, Myspace kimi platformalar əvvəllər də mövcud olub, lakin Mark Zukerberq mövcud ideyalar üzərində qurulmuş çox üstün bir platforma yaratdı.

Milyarder olacağınızı demirik, ancaq texnologiya sahəsində innovasiyaları gücləndirən düşüncə tərzini nəzərə alın. Əgər siz yaradıcı insansınızsa, kodlaşdırma bilsəniz nə edə biləcəyinizi təsəvvür edin. 💡 


3. Bu axtarışa nə qədər vaxt və diqqət ayıra biləcəyəm?
Kodlaşdırma musiqi aləti çalmağa və ya idman yarışlarına çox bənzəyir. Uğur qazanmaq üçün tempdə qalmalı və  məşq etməlisiniz. Daha yaxşı olmaq üçün özünüzə meydan oxuyun. Bacarıqlarınızı inkişaf etdirmək üçün ardıcıl vaxt və təcrübə ayırmaq vacib olacaq. Yeni şeylər öyrənmək və bir proqramçı kimi düşünmək vərdişini inkişaf etdirmək üçün planlama və vaxt vacibdir.  📈  


Özünüzü texnologiya sənayesinin hansı hissəsində görmək istədiyinizi əvvəlcədən düşünmək sizə bu yolda vaxtınıza qənaət etmənizə kömək edəcək. Əldə edəcəyiniz kodlaşdırma bilikləri ilə nə etmək istədiyinizə əmin deyilsinizsə, bu tamamilə normaldır. Bunlar yalnız bu yoldakı səyahətinizdən keçərkən düşünməli olduğunuz suallardır.  🤓 


Hansı məkanda

təhsil alacaqsan?

Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya

Bizi tövsiyə

edirlər:

it kurslar bakida
Jafar Najaf

Growth hacker, Chapple.ai startapının təsisçisi

Bu sahədə karyera qurmaq istəyənlər üçün dəyərli seçim olduğunu düşünürəm və öz yaxınlarıma da tövsiyə edirəm.

it kurslar bakida
Seymur Rasulov

Whelp startapının təsisçisi

Tanıdığım, etibar etdiyim və öz yaxınlarıma da tövsiyə etdiyim IT sektorunda qabacıq akademiyalardan biridir.

it kurslar bakida
Toğrul Ələkbər

Karyera məsləhətçisi, kouç

Div Academy vizyonunu və yanaşmasını təqdir etdiyim, keyfiyyətinə güvəndiyim bir məkandır.

it kurslar bakida Sənə yardımçı olmaq
üçün buradayıq

Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keç

  • aysel div academy

kod yazmaqİlk addımı at,
ödənişsiz sınaq dərsinə yazıl

Tədrisi seçin