Analitik düşünmə qabiliyyəti yüksək, gələcəyi parlaq, pul dərdi olmayan, həll yolu tapmaqda usta olan proqramçılar üçün problemsiz bir həyat yolu gözləyir. Bunları sübut edən ən əsas 7 səbəbi səninlə paylaşırıq:Koduna sadiqdir 🤗
"Nə dəxli var?" sualını eşidirik. İzah edək, koduna göz bəbəyi kimi baxan, hər yerdə öz yazdığı kodun düzgün olduğunu müdafiə edən bir developerin həyat yoldaşına fərqli davranacağını düşünmək olmaz.İçkisi, qumarbazlığı yoxdur. Kofesi var 🥤
Bəli, bəli. Yalnız kofe aludəçiliyi var. Tünd kofe özü də! Yuxusuz gecələrə başqa cür dözmək olmaz. Qumar, poz-qazan, topazla falan da əlaqəsi yoxdu. Hə, ola bilsin pul qazanmaq üçün kazino saytı sifarişi götürüb hazırlayar, o ayrı şeydir.Proqramçıdan yaxşı bir ata/ana olur 👶
Developer ata/ana ağıllıdır. Uşağın da alqoritmini tapıb ona uyğun davranır və onun sevgisini qazanmağı yaxşı bilir.Tez xoşbəxt olur 🤩
Ad günündə, sevgililər günündə, evlilik ildönümünüzdə hədiyyə nə alım görəsən deyə fikirləşməyinə ehtiyac yoxdur. Bir kofe maşını, usb flashkart, yeni klaviatura, ikinci bir monitor proqramçını dünyanın ən xoşbəxt adamı edir.Gündə birisi ilə əylənmir 🙃
Hansı proqramçının "gözlə bu kodu yazım qutarım, gələn həftə başqa kodla əvəz edərəm, o biri həftə də bunların yerinə başqa kod taparam" dediyini eşitmisən? Düzgün kod sətirləri onun üçün tək və əvəzolunmazdır. Ölənə kimi o layihədə o kodlar qalır. Bəli, xanımlara da belə yanaşır.Təmizkar, səliqəlidir 🛁
Sətirlərdə olan simmetrik boşluqlara göstərdiyi diqqəti öz evinə də göstərir. Layihəsində lazımsız kod yığını olmadığı kimi, evində də lazımsız əşya saxlamır. Hətta kod dünyasında "Clean Code" deyə termin və qaydalar var. Bu xasiyyəti onda təsadüfən deyil.Kisələrlə pul 💰
Böyük ölçü paltar geyinib gəzməyinə baxma. Telefonundakı bank tətbiqində olan rəqəmləri, texnoloji şeylərə xərclədiyi pulları görəndə bir neçə saniyə fikrə gedirsənBir sözlə, proqramçı sevgilin varsa, ya da proqramçı ilə evlənməyi düşünürsənsə, çox şanslısan.
Sənə yardımçı olmaq
İlk addımı at,