Veb proqramlaşdırma
Veb proqramlaşdırma iki hissədən ibarətdir. Frontend proqramlaşdırma və Backend proqramlaşdırma. Düzdür, əslində Fullstack proqramlaşdırma da var, hansı ki, həm front həm backendi əhatə edir. Ancaq reallıqda bir developer bu ikisindən yalnızı birini daha yaxşı bacarır. Ona görə full stack deyib hələlik beynini qarışdırma 🤨Frontend proqramlaşdırma nədir
Aysberqin görünən tərəfi. Saytda ya da hər hansı proqramda istifadəçinin gördüyü tərəfdir. Sən bu bloqu oxuyursan, menyu, məqalə, şəkillər və s. görürsən. Bu, bizim dəyərli frontend proqramçımızın əl işidir. Onun yazdığı kodlar - saytda sənin gördüyün hər şeyin görünməsini təmin edir. Brauzerində məlumatların vizual əks olunması üçün HTML, CSS, jаvascript-dən istifadə olunur.Daha funksional bir layihə, anbar proqramı, tətbiq hazırlamaq üçün isə, yuxarıdakılardan əlavə olaraq jаvascript framework'lərindən Angular, React, Vue kimi texnologiyalardan da istifadə olunur. Uzun sözün qısası, frontend proqramçı HTML, CSS, jаvascript (və ona aid texnologiyalar) bilməlidir.
Backend proqramlaşdırma nədir
Brauzerdə gözlə görmədiyiniz hissə. Yuxarıda qeyd etdik ki, frontend sənin gözlə gördüyün şeyləri təmin edir. Bəs bu görünən şeylərin funksional olmasını kim təmin edir ? Məsələn məlumatlar bazasında saxlanılan bloq yazısının və şəkillərinin frontendə ötürülməsi, səhifədən səhifəyə keçid etdiyin zaman hər dəfə fərqli məlumatların çağırılması kimi funksional işlər isə backend proqramçının gördüyü işlərdir.Nə başa düşdük
Uzun sözün qısası, frontend = görünənlər, backend = onların funksionallığı.Frontend proqramçı = vizual düşüncəsi yaxşı olmalıdır, backend proqramçı = riyazi bilikləri yaxşı olmalıdır.
İndi bunlardan hansını öyrənim?
Bu, daha çox sənin biliklərindən asılıdır. Əgər riyazi biliklərin yaxşıdırsa, "proqramda fılan şeyin simmetriyası düz deyil, logonu bir az böyüt, nöqtə ortada deyil, müştəri görüntünü bəyənmədi yenidən başqa formada yığaq" kimi kaprizlər eşitmək istəmirsənsə, sən backendçi olmalısan 🧐Yox əgər deyirsənsə ki, mənim gördüyüm işi adi istifadəçilər görüb istifadə edə bilsin, qohum əqrəbada "nə iş görürsən?" soruşulanda göstərə biləcəyim bir işim olsun, onda sən frontendçi olmaq üçün doğulmusan. Həmçinin, riyazi biliklər o qədər də yüksək deyilsə, ya da bütün gününü alqoritm qurub hesablamalar aparmaqla keçirmək istəmirsənsə bu iş tam sənə görədir ☺️
Acı reallıqlar
Müştəri proqramçıya sayt sifariş edirsə, saytın frontendi gözəldirsə "oooo, nə qəşəng iş görmüsən 😍" deyir. İstifadəçilər də həmçinin. Hansısa saytı bəyənirsə, orda frontendi gözoxşayan olduğu üçün bəyənir. Nadir hallarda müştəri tələb edər ki, backenddə yazılan kodlar səliqəli olsun, müasir standartlara cavab versin, bazada lazımsız kodlar saxlanılmasın və s. Bu səbəbdən frontendçinin işi daha ön plandadır.Digər məsələ. Hər saytın frontendi demək olar ki fərqli olmalıdır. Ancaq backend kodları bir çox saytlarda eyni ola bilir. Çünki onsuz da heç kim görmür, hər sayta eyni funksionallıq kodlarını ayrıca yazmağa nə ehtiyac var ki 😄 Bu o deməkdir ki, frontend üzrə iş imkanları daha çoxdur.
Kim daha riskli işləyir
Tutaq ki, saytın ya da mobil tətbiqin başına bir iş gəldi. Məlumatlar silindi, hackləndi, məlumatlar oğurlandı, server çökdü və s.Nə baş verəcək? Düşəcəklər backendçinin canına 🥴 Frontendçi isə "monlok doyol" deyib işinə baxacaq. Çünki həqiqətən onluq deyil.
Bir sözlə, frontend developer yoxsa backend developer olacağına özün qərar verməlisən. Bu məqalədən sonra hələ də istiqamət seçməkdə çətinliyin varsa, akademiyamıza yaxınlaşıb həm frontend, həm backend dərslərində 1 gün oturub özünü sınaya bilərsən. Bu, tamamilə ödənişsizdir.