Nəhəng şirkətlərin marketinq səhvlərindən çıxara biləcəyin 5 dərs


Günümüzün yüksək rəqabətli dünyasında marketinq sahəsinin önəmi hər gün daha da artmağa davam edir. Marketinq çox həssaslıq və diqqət tələb edən sahədir, çünki burada edilən bir səhv şirkət üçün çox baha başa gələ və şirkətin bütün imicinə zərər verə bilər. Lakin bəzən bu səhvlər qaçınılmaz olur, belə ki hər birimizin tanıdığı ən məşhur şirkətlər belə çox ciddiy marketinq səhvlərinə yol verə bilirlər. Bu yazıda təhəng şirkətlərin etdiyi böyük marketinq səhvləri və onlardan çıxara biləcəyiniz dərsləri sənə təqdim edirik.

Fiat - Müştərilərin şəxsi həyatlarına müdaxil etmə

"Fiat" şirkəti 1994-cü ildə qadın sürücüləri cəsarətləndirmək üçün 50.000-dən çox qadına anonim şəkildə sevgi məktubu göndərmək qərarına gəldi. Lakin nəticə heç də belə olmadı, belə ki ünvanlarına gələn anonim məktublar qadınların narahat olmasına və özlərini təhlükədə hiss etmələrinə səbəb olmuşdu.

Bütün bu strategiya o qədər pis vəziyyət yaratmışdı ki, ən sonunda "Fiat" hər kəsə vəziyyəti izah edən rəsmi üzr məktubu göndərmək vəziyyətində qalmışdı.

McDonalds - Həssas mövzulara qarşı ehtiyatlı ol

Adətən uğurlu marketinqi ilə qarşımıza çıxan McDonalds yayımlandığı bir reklamda azyaşlı uşağın öz anasına vəfat etmiş atası ilə bağlı suallar verərək onunla arasında bir bağ axtardığını və ən sonunda bu bağı hər ikisinin də McDonalds burgeri sevməsi ilə tapdığını göstərirdi.

McDonalds bununla müştərilərə emosional olaraq təsir etmək istəsə də, insanlar reklamın həssas mövzuları sırf marketinq üçün ucuzlaşdırdığını düşünərək, bunu birmənalı qarşılamamışdı

Pepsi - Siyasi və ictimai hadisələrə ciddi yanaş

ABŞ-də baş verən gərginliklər və xüsusilə də qaradərili insanların öz azadlıqlarını tələb etdiyi vaxtlarda Pepsi bundan istifadə etməyə çalışmışdı. Belə ki, onların yayımladığı videoda polislər və etirazçılar bir-birləri ilə Pepsi şüşəsini bölüşərək aralarındakı münaqişəyə son qoyurdular.

Reklam qısa müddət ərzində çox şiddətli tənqidlərə məruz qaldı, çünki insanlar bu cür ciddi mövzunun bu qədər sadə və dayaz şəkildə yansıdılmasının etik olmadığını düşünürdülər. Nəticə olaraq Pepsi şirkəti bəyannamə yayaraq bütün ictimaiyyətdən üzr istəmək məcburiyyətində qalmışdı.

Apple - Müştəriləri heç nəyə məcbur etmə

Texnologiya sektorunun nəhənglərindən olan "Apple" 2014-cü ildə 500.000dən çox cihaza "U2" qrupunun yeni musiqi albomunu yükləyərək, istifadəçilərinə hədiyyə etmək qərarına gəlmişdi. Problem isə bunda idi ki, heç də hamı bu albomu öz telefonunda görmək istəmirdi.
Xüsusilə də, albomun silinməsinin çox çətin olması istifadəçilərin qəzəbinə səbəb olmuş və yaranan bütün bu problemlər "Apple" şirkətinin düz 100 milyon dollar itirməsinə səbəb olmuşdu.

GAP - Bir şey onsuz da işləyirsə, onu düzəltməyə çalışma

Dünyanın ən böyük geyim brendlərindən biri olan "GAP" şirkəti 2010-cu ildə illərdir işlətdikləri loqolarını dəyişmək qərarına gələrək şirkətə yenilik qatmağa çalışmışdı. Lakin artıq ikona halına gələn loqonun dəyişməsi müştərilərin markanı tanımamasına və güvənsizlik hiss etməsinə səbəb olmuşdu. Bütün bu reaksiyalardan sonra yenidən öz əvvəlki loqolarına qayıdan "GAP" şirkəti etdikləri bu səhvlə qısa dövr ərzində 100 milyona yaxın pul itirmişdi

Hansı məkanda

təhsil alacaqsan?

Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya

Bizi tövsiyə

edirlər:

it kurslar bakida
Jafar Najaf

Growth hacker, Chapple.ai startapının təsisçisi

Bu sahədə karyera qurmaq istəyənlər üçün dəyərli seçim olduğunu düşünürəm və öz yaxınlarıma da tövsiyə edirəm.

it kurslar bakida
Seymur Rasulov

Whelp startapının təsisçisi

Tanıdığım, etibar etdiyim və öz yaxınlarıma da tövsiyə etdiyim IT sektorunda qabacıq akademiyalardan biridir.

it kurslar bakida
Toğrul Ələkbər

Karyera məsləhətçisi, kouç

Div Academy vizyonunu və yanaşmasını təqdir etdiyim, keyfiyyətinə güvəndiyim bir məkandır.

it kurslar bakida Sənə yardımçı olmaq
üçün buradayıq

Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keç

  • aysel div academy

kod yazmaqİlk addımı at,
ödənişsiz sınaq dərsinə yazıl

Tədrisi seçin