Proqramlaşdırma öyrənərkən motivasiyalı qalmaq üçün 5 ipucu!

Əgər proqramlaşdırma öyrənərkən motivasiyalı olmaqda çətinlik çəkirsənsə, bil ki, belə hiss edən tək sən deyilsən – biz hamımız orada olmuşuq. Tələbələrimiz, müəllim və mentorlarımız ilişib qaldıqda və ya həvəsdən düşdükdə motivasiya tapmaqda öz təcrübələrinə əsaslanaraq faydalı məsləhətlər paylaşdılar. Bu ipucularını beş yoldan ibarət siyahıda topladıq. 

İpucu №1: Praktika üçün vaxt ayır 👨‍💻 

Bir çox tələbə praktikaya vaxt ayırmadan sinifdə çox sürətli hərəkət etdikdə ilişib qalır. Yeni konsepsiya ilə çox vaxt keçirmək vacibdir ki, öyrəndiklərini yadda saxlaya və tətbiq edə biləsən.

Mentorumuz İlqar bəy deyir : “Nə qədər çox məşq etsəniz, bir o qədər səlis yazacaqsınız. Kodda bir səhv varsa, düzəldənə qədər əl çəkmədən fikirləşin. İnanın ki, alınacaq və həmin o hiss sizə əvəzolunmaz bir motivasiya olacaq. Sizə bir trick də verim, əgər kodunuzda hər hansı bir xəta ilə qarşılaşmısınızsa google-da həmin xətanın müxtəlif həll yollarını tapa bilərsiniz.😉


İpucu №2: Əldə etdiyin hər şeyə qayıt bax💫 

Sıxılanda hələ öyrənməli olduğunuz şeylər üzərində düşünmək və öyrəndiyiniz hər şeyi gözdən qaçırmaq asan ola bilər. Növbəti dəfə kədərli hiss etdiyin zaman nə qədər irəli getdiyini düşünmək üçün bir az vaxt ayır.

Yeni məzun olmuş tələbələrimizdən biri deyir: “Düşünürəm ki, bir addım geri çəkilməli və etdiklərimə nəzər salmalıyam. 6 ay ərzində mənim GitHub hesabım onlarla dildə yazdığım proqramlarla doludur.”


İpucu №3: Özünə niyə proqramlaşdırmanı öyrənməyə başladığını xatırlat 🤓 

Niyə başladığını xatırlamaq səni ruhlandıran şeyi yenidən kəşf etmək, öyrənmək istəyini canlandırmaq üçün əla yoldur.

Müəllimimiz Emin bəy deyir: “Dayanın və özünüzdən soruşun - Hal-hazırda öyrəndiyim şey gələcəkdə mənə nə qatacaq? Bu sizin üçün yeni bir başlanğıc olacaq.” və əlavə edir- “Error varsa öyrənmək vardır:)”


İpucu №4: Hər şeyə hazır oll 🙃 

Proqramlaşdırma asan deyil və proqramlaşdırmağı öyrənmək çox güman ki, səndən əvvəllər heç düşünmədiyin tərzdə düşünməyini tələb edəcək. Bu yolda əlbəttə səhvlər edəcəksən.


İpucu №5: Fasilə ver 🎶 

Bəzən ilişib qalanda zeynindəki qarışıqlığı tənzimləmək üçün bir az ara ver.

Qrupda "Çıxılmaz vəziyyətdə hiss etdikdə nə etmək lazımdır?" sualını verəndə, tələbəmiz Zəka dedi ki: “1-2 saat uzaqlaşmaq lazımdır”. Elcan əlavə edir, “Mən elə olduqda uğurlu proqramçıların hazırladığı layihələrə baxıb daha da motivasiyalı oluram. Bu yola başlamaqda olan məqsədimi xatırlayır və bir gün uğurlu proqramçı olacağıma inanıram”

Mentorumuz Kənan bəy oxşar məsləhətləri paylaşır. “Hamımız bu vəziyyətdən keçdik. Narahat olmayın. Sadəcə ara verin - gəzin, yaxşı musiqi dinləyin və geri qayıdın. Düşündüyünüzdən daha asan görünəcəyinə zəmanət verirəm:)"


Hansı məkanda

təhsil alacaqsan?

Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya

Bizi tövsiyə

edirlər:

it kurslar bakida
Jafar Najaf

Growth hacker, Chapple.ai startapının təsisçisi

Bu sahədə karyera qurmaq istəyənlər üçün dəyərli seçim olduğunu düşünürəm və öz yaxınlarıma da tövsiyə edirəm.

it kurslar bakida
Seymur Rasulov

Whelp startapının təsisçisi

Tanıdığım, etibar etdiyim və öz yaxınlarıma da tövsiyə etdiyim IT sektorunda qabacıq akademiyalardan biridir.

it kurslar bakida
Toğrul Ələkbər

Karyera məsləhətçisi, kouç

Div Academy vizyonunu və yanaşmasını təqdir etdiyim, keyfiyyətinə güvəndiyim bir məkandır.

it kurslar bakida Sənə yardımçı olmaq
üçün buradayıq

Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keç

  • aysel div academy

kod yazmaqİlk addımı at,
ödənişsiz sınaq dərsinə yazıl

Tədrisi seçin