SMM sektoru çox insanın həyatında necə dönüş nöqtəsi oldu ?

Sosial media marketinqi sahəsi bütün dünyada, eləcə də Azərbaycanda sürətlə populyarlaşmağa başladı. İş elanları saytlarımızda ən çox vakansiyaların SMM üzrə olması bunun sübutudur. Bu qədər yeni iş imkanı bir çoxunun həyatında karyera yolunu sıfırdan yazmağa başladı. Bəs SMM kursları bir çox insanın həyatını yaxşıya doğru necə dəyişdirə bildi ? Bu yazımızda bunun səbəblərini araşdırdıq.

Doğru yatırım

Əvvəla sirr deyil ki, təhsilə xərclənən vəsait - insanın özünə etdiyi ən doğru yatırımlardan biridir. Ay ərzində lazımsız xərclərimizin demək olar sayı hesabı yoxdur. Ancaq təhsil üçün, öyrənmək üçün xərclədiyin pul istənilən halda sənə artıqlaması ilə geri qayıdır. Azərbaycanda özünə yatırım üçün təhsilinə vəsait ayıran çox sayda gənc olması sevindirici haldır.

İnsanlar SMM sahəsini öyrəndikdən qısa zaman sonra işləməyə başlaya bilirlər. Bu özəllik viral qaydada ağızdan ağıza yayıldığı üçün günü gündən sosial media marketinqi sahəsinə yönələn gənclərin sayı artır.

Nə istəyirik?

Təbii ki, hamımız yaxşı iş mühiti, yaxşı gəlir, kreativ kollektiv və s. arzulayırıq. SMM sektorunda bunlar digər sahələrə nisbətən daha əlçatandır. 

Çünki:

  1. Ölkədə sahə üzrə çox sayda vakansiya olduğu üçün rahatlıqla iş tapmaq olur
  2. Maaşlı işə qəbul olmasan belə, özün sərbəst (freelance) şəkildə şirkətlərə SMM xidmətini göstərə bilirsən
  3. Bir neçə şirkətə sosial media marketinqi xidməti verdikdən sonra öz SMM agentliyini qura bilirsən
  4. Başqa sahədə işləsən belə, sosial media marketinqinə yaxşı bələd olmağın - səni işlədiyin yerdə "asanlıqla əvəz olunabiləcək işçi" statusundan çıxarır
  5. Bakıda ya da hansısa bölgələrin birində evində oturub xarici bazara xidmət sata bilirsən (bunun üçün freelance.com, fiverr.com, bionluk.com, upwork.com kimi nəhəng platformalar var)
  6. Bir müddət iş təcrübəsi yığıb + LinkedIn profilini də gücləndirdinsə, xarici HR-ların iş təklifləri axınına məruz qala bilirsən (çünki yerli valyutamızın hazırki dəyəri bir çox xarici ölkəyə sərf edir)
  7. İstənilən sahədə kiçik biznes qurub onu inkişaf etdirə bilirsən

Bəs SMM-i necə öyrənək ?


  • Onlayn dərslər 
    Udemy, YouTube kimi kanallardan sosial media marketinqi dərsləri tapmaq mümkündür. Sadəcə ciddi disiplinin və səbrin olmalıdır.
  • SMM kursları
    Bakıda smm kursları axtararkən "təcrübə zəmanətli kurs" dedikdə ilk ağla gələn yer "Div Academy" olur. Buna səbəb isə, akademiyanın 10 ildən çox təcrübəsi olan yerli IT şirkətlərinin biri tərəfindən yaradılmasıdır. Şirkətin əlaqələri və partnyorluq müqavilələrinə əsasən, akademiyada təhsil alan tələbələr birbaşa həmin şirkətlərdə təcrübə proqramına başlaya bilirlər.

"Özümüzə kadr yetişdiririk"

Div Academy CEO-su Aygün Mirzəliyeva bu haqda öz fikrini bildirib:

"Əvvəla özümdən başlasaq, hazırki vəzifədə olmağım elə SMM biliklərimin olmasının nəticəsidir. Bu sahə hazırda bir çox biznesin onurğa sütunudur. Ona görə sosial media marketinqinə bələd insanlar şirkətlərdə əvvəl-axır rəhbər vəzifələrin birini tuturlar. Belə də olmalıdır. Çünki şirkətin idarəetməsinə keçən şəxs əgər indiki dövrdə sosial medianı dərindən bilmirsə, şirkəti nə qədər irəliyə apara bilər ki ?!

Akademiyada təhsili elə qurmuşuq ki, hər tələbəyə potensial gələcək iş yoldamışımız kimi baxırıq. Hər şeydən əlavə, təcrübə zəmanəti verdiyimiz üçün partnyor şirkətlərin qarşısında məsuliyyətimiz var. Bu səbəbdən istənilən halda, hər tələbəni çox yaxşı formada öyrətməyə məcburuq. Bir növ həm partnyor şirkətlərimizə, həm də özümüzə kadr yetişdiririk
."


Hansı məkanda

təhsil alacaqsan?

Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya

Bizi tövsiyə

edirlər:

it kurslar bakida
Jafar Najaf

Growth hacker, Chapple.ai startapının təsisçisi

Bu sahədə karyera qurmaq istəyənlər üçün dəyərli seçim olduğunu düşünürəm və öz yaxınlarıma da tövsiyə edirəm.

it kurslar bakida
Seymur Rasulov

Whelp startapının təsisçisi

Tanıdığım, etibar etdiyim və öz yaxınlarıma da tövsiyə etdiyim IT sektorunda qabacıq akademiyalardan biridir.

it kurslar bakida
Toğrul Ələkbər

Karyera məsləhətçisi, kouç

Div Academy vizyonunu və yanaşmasını təqdir etdiyim, keyfiyyətinə güvəndiyim bir məkandır.

it kurslar bakida Sənə yardımçı olmaq
üçün buradayıq

Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keç

  • aysel div academy

kod yazmaqİlk addımı at,
ödənişsiz sınaq dərsinə yazıl

Tədrisi seçin