İstifadə olunmayan geyimləri ehtiyac sahiblərinə çatdırdıq

İstifadə olunmayan geyimləri ehtiyac sahiblərinə çatdırdıq



Geyimlər insan həyatında əsas ehtiyaclardan biridir. Lakin bir çoxumuz dolablarımızda istifadə etmədiyimiz, amma yaxşı vəziyyətdə olan geyimləri saxlayırıq. Bu geyimlər kimlər üçünsə yeni bir ümidi, rahatlığı və isti bir qış gününü ifadə edə bilər 🥰

Biz də bu düşüncə ilə hərəkət edərək, ehtiyac sahiblərinə dəstək olmaq üçün bir sosial layihə həyata keçirdik 🤗

Layihənin məqsədi, artıq geyinilməyən, lakin istifadəyə yararlı olan geyimləri toplamaq və onları ehtiyacı olan insanlara çatdırmaq idi. İnsanların həyatına bir az da olsa rahatlıq və sevinc qatmaq üçün könüllülərimizlə birlikdə müxtəlif bölgələrdə ehtiyac sahibi ailələrə təqdim etdik.  
Bu təşəbbüs təkcə geyim paylanması ilə məhdudlaşmır, eyni zamanda insanlara paylaşma mədəniyyətini aşılamaq və cəmiyyət olaraq bir-birimizə dəstək olmağın vacibliyini vurğulamaqdır. İnanırıq ki, bu cür fəaliyyətlər davamlı olmalı və daha çox insanı əhatə etməlidir.

♻️ Əgər sən də dolabında istifadə etmədiyin, lakin başqalarının işinə yaraya biləcək geyimlərə sahibsənsə, onları ehtiyac sahiblərinə bağışlamaq üçün onları Div Academy filiallarında yerləşən qutulara ata bilərsən.

Partnyorlarımız

Ada Universiteti Div Academy
Bakı Ali Neft Məktəbi Div Academy
Dövlət Məşğulluq Agentliyi Div Academy
Sabah hub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Div Academy
Kapitalbank Div Academy
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Div Academy
Təhsil Assosiasiyası Div Academy
ABB Bank Div Academy
Hesab.az Div Academy
Ulduzum Div Academy
Unibank Div Academy

Müraciət et

Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keçin, biz sizinlə əlaqə saxlayaq.



Mobil nömrə minimum 9, maksimum 12 simvoldan ibarət olmalıdır.

Tədrisi seçin