Proqramlaşdırma dedikdə bir çoxumuzun ağlına qarışıq kodlar, kompüter qarşısında gecələyən eynəkli proqramistlər, bəzilərimizin isə YouTube-dakı hind aksenti ilə danışan müəllimlər gəlir..
Düşünürük ki, proqramlaşdırma yalnız iş dünyasında istifadə olunan kompleks saytlar və tətbiqlərin yaradıldığı yüksək maaşlı sahədir. Yüksək maaşlı olduğunu inkar edə bilmərik 😁 , lakin yalnız professional mühitdə istifadə olunduğu fikrinin mif olduğunu asanlıqla iddia edirik.
Niyə❓
Çünki proqramlaşdırma hər yerdədir: bu mətni oxuya bildiyin vebsaytımızdan, vebsayta daxil olduğun cihaza, saatlarla vaxt keçirdiyimiz sosial şəbəkələrdən, onlayn alışveriş platformalarına, bank və ödəniş sistemlərindən, nəqliyyat üçün istifadə etdiyimiz xəritə və naviqator tətbiqlərinə qədər hər şey proqramlaşdırma məhsuludur. 💻
Bəs sən proqramlaşdırmadan gündəlik həyatında necə faydalana bilərsən? 🧐
Bunun üçün istifadə edə biləcəyin 5 ideyanı səninlə bölüşürük:
Nəticə olaraq, görürük ki, proqramlaşdırma yalnız IT mütəxəssisləri üçün deyil, hamımız üçün faydalı alətlər yaratmaq imkanı verən güclü vasitədir. Sən də qeyd etdiyimiz və ya bənzər məqsədlər üçün proqramlaşdırma öyrənməyə elə bugündən başla! 💻

- Səyahətlərini planlaşdırmağa kömək edəcək alqoritmlər yazmaq: Dünyanı gəzmək və yeni yerlər kəşf etmək hər birimizin arzusudur, lakin planlaşdırma mərhələsi çoxumuz üçün çətinlik yarada bilir. Prosesdə zaman və enerjinə qənaət etmək məqsədi ilə, müəyyən tarixlərdə təyyarə biletləri üçün qiymətləri avtomatik izləyən və daha ucuz biletlər tapdıqda xəbərdarlıq edən bir proqram yaza və ya səyahət marşrutlarını və otel qiymətlərini təhlil edən skriptlər yaradaraq ən optimal variantları seçə bilərsən. ✈️
- Gündəlik işlərini asanlaşdırmaq: Gündəlik işlərimizdə bəzi prosesləri təkrar-təkrar yerinə yetiririk: Hər gün e-poçt yoxlamaq, müəyyən faylları yükləmək, məlumatları təhlil etmək və s. Bu kimi işləri avtomatikləşdirmək üçün kiçik skriptlər yazmağın mümkündür. Məsələn, tələbələrimizdən biri mövcud geyim parçalarına əsasən həftənin müxtəlif günləri üçün fərqli kombinasiya fikirləri təklif edən bir proqram yazaraq, özünü qərarvermə yükündən azad etmişdi. ✨
- Şəxsi maliyyə nəzarəti: Gəlir və xərclərini izləmək, büdcəni planlaşdırmaq üçün proqramlaşdırma biliklərindən istifadə edərək, öz büdcə idarəetmə tətbiqini yarada bilərsən. Bu sistem sənin üçün xüsusi hesabatlar hazırlamaqla, maliyyə vəziyyətinə daha yaxşı nəzarət etməyinə imkan verər. 💸
- Hobbilərin üçün tövsiyə proqramları: Məsələn, sevdiyin film və ya serialları izləmək, yeni kitablar yaxud müxtəlif sənət məşğuliyyətləri üçün ideyalar təklif edən proqramlar yarada bilərsən. 🎶
- Üfüqlərini genişləndirəcək məqsədlər: Proqramlaşdırma dilini öyrəndikdən sonra onu tədris və öyrənmə prosesində istifadə etməyin də mümkündür. İnkişaf yolunu izləyən, sənə tövsiyələr verən və ya müəyyən vaxtlarda təkrar etməyin üçün bildirişlər göndərən tədris alətləri yaratmaqla, daha effektiv nəticələrə nail ola bilərsən. ✅