
Rəqəmsalda qız gücü ✨
Qadın Gücü və Texnologiya! 💪
Dünya sürətlə texnologiya və innovasiya istiqamətində inkişaf edir. Bu dəyişikliklərə ayaq uydurmaq və bu sahələrdə liderlik etmək üçün qadınların rolu böyükdür. Biz, Div Academy olaraq, məhz bu məqsədlə "Gələcəyi Yazan Qızlar" layihəsini həyata keçirildi. Layihəmiz, qızların texnologiya və marketinq sahəsində bilik və bacarıqlarını artırmaq, onların bu sahədə uğurlu karyera qurmasına dəstək olmaq üçün yaradılmışdır.
20 Gənc Qız Üçün Tam Ödənişsiz Marketinq Dərsləri! 📚
Bu sosial layihə çərçivəsində 20 istedadlı qız seçilərək digital marketinq, sosial media və brend inkişafı sahələrində təlimlər aldı.Peşəkar mütəxəssislər tərəfindən keçirilən bu dərslər sayəsində iştirakçılar praktiki biliklərə yiyələnib, real iş mühitində lazım olan bacarıqları qazandılar.Niyə Bu Layihə Vacibdir? 🎯
Qızların texnologiya və innovasiya sahələrində təmsilçiliyini artırmaq və onları bu sahələrdə motivasiya etmək missiyamızdır. Təəssüf ki, IT və marketinq kimi sahələrdə qadınların sayı hələ də azdır. "Gələcəyi Yazan Qızlar" layihəsi, bu fərqi azaltmaq və qızları öz gələcəklərini formalaşdırmağa təşviq etmək üçün yaradılmışdır.Layihənin İştirakçılar Üçün Faydaları 💡
Bu layihədə iştirak edən qızlar yalnız nəzəri biliklər deyil, həm də praktiki təcrübə və real iş imkanları əldə etdilər. Onlar öyrəndikləri bilikləri tətbiq edərək, öz bizneslərini qurmaq, sosial mediada uğurlu fəaliyyət göstərmək və innovativ layihələrdə iştirak etmək üçün yeni fürsətlər qazandılar.Gələcək Planlarımız 🚀
Bizim yolumuz burda bitmir! Qızların texnologiya və innovasiya sahələrində daha da güclənməsi üçün yeni layihələr həyata keçirməyə davam edəcəyik. Daha çox iştirakçıya çatmaq və daha geniş imkanlar yaratmaq üçün müxtəlif proqramlar üzərində işləyirik.Biz inanırıq ki, birlikdə daha güclüyük və gələcəyin innovativ qadınlarını yetişdirmək üçün daim çalışacağıq! 💫