Texnologiyada yeni era - Metaverse

Kodlardan ibarət dünya yaradırıq!😎

Təsəvvür edə bilirsiniz, ətrafımızdakı ağaclar, binalar , demək olar hər şey atomdan yox, ağıllı yığılmış kodlardan ibarətdir. İmkansız görünsə də, artıq mümkündür! Əsrin ən yeni və qabaqcıl texnologiyası olan Metaverse ilə tanışın! 🌐 

Gəlin, əvvəlcə Metaverse sözünün mənasını anlayaq. Metaverse kainatın ötəsində deməkdir. Meta-kainat sözlərinin birləşmiş variantıdır. Ən sadə mənada bu konsepsiya ilə biz bütün rəqəmsal dünyanı birləşdirməyi və virtual dünya yaratmağı hədəfləyirik. Bu qurğusal dünyada hər şey və hər kəs üçün yer var.

Metaversenin tarixinə nəzər salsaq, əksər texnoloji irəliləyişlərdə gördüyümüz kimi, elmi fantastika kitabında bu anlayışla yenidən qarşılaşırıq. 1992-ci ildə Neal Stephenson , “Snow Crash” adlı cyperpunk və elmi fantastika tipli kitabını nəşr etdirdi. Metaverse termini ilk dəfə burada ortaya çıxdı. Kitabda konsept insanların öz avatarları ilə iştirak etdiyi virtual reallıq mühiti üçün istifadə edilən bir termin idi.

Çoxlarınızın tanıdığı "Second Life" da bu konsepsiyanın primitiv variantı idi. Bu internet əsaslı sosial media platformasında avatarınızla virtual mühitə qoşulur və buradakı insanlarla ünsiyyət qura bilirsiniz. Bundan əlavə, işə getmək, oyun oynamaq, musiqi dinləmək kimi gündəlik həyatdan bildiyimiz işləri də burada edə bilərsiniz.

Metaverse ilə hər şeyə nail olmaq olar. Yadınızdadırsa, Travis Scott 2020-ci ildə Fortnite oyunu üzərində konsert vermişdi və üstəlik 12.3 milyon adam qatılmışdı.


Bəs Metaverse bizə nələr gətirəcək?

  • Sistem bərabərində yeni virtual bazarları da gətirəcək. Eynilə real həyatta gördüyünüz mağazalar kimi virtual mağazalarda da alış-veriş edə biləcəksiniz. İnternetdən alışveriş edərkən bəzən məhsulları beynimizdə canlandıra bilmirik və almaqda qərarsız qalırıq. Metaverse ilə 3D şəkildə detallı incələyə biləcək və hətta sınaya da biləcəksiniz.

  • Virtual reallıq platformalarında hazırlanmış iş mühitlərində avatarlarınızla rəsm və dizayn kimi işləri görə biləcəksiniz. Beləliklə, əgər evdən işləyir və sıxılırsınızsa, rəqəmsal ofisinizə girib avatarınızla işinizi görüb virtual mühitə göz gəzdirə biləcəksiniz. Sistemin ən yaxşı tərəfi odur ki, o, real dünya ilə rəqəmsal dünyanı inteqrasiya edir. Bu, iki dünyanı bir-birinə daha da yaxınlaşdıracaq.

Çox maraqlıdır, hər gün yenilənən texnologiya bəşəriyyətə nələr qatacaq? 🤩

Hansı məkanda

təhsil alacaqsan?

Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya

Bizi tövsiyə

edirlər:

it kurslar bakida
Jafar Najaf

Growth hacker, Chapple.ai startapının təsisçisi

Bu sahədə karyera qurmaq istəyənlər üçün dəyərli seçim olduğunu düşünürəm və öz yaxınlarıma da tövsiyə edirəm.

it kurslar bakida
Seymur Rasulov

Whelp startapının təsisçisi

Tanıdığım, etibar etdiyim və öz yaxınlarıma da tövsiyə etdiyim IT sektorunda qabacıq akademiyalardan biridir.

it kurslar bakida
Toğrul Ələkbər

Karyera məsləhətçisi, kouç

Div Academy vizyonunu və yanaşmasını təqdir etdiyim, keyfiyyətinə güvəndiyim bir məkandır.

it kurslar bakida Sənə yardımçı olmaq
üçün buradayıq

Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keç

  • aysel div academy

kod yazmaqİlk addımı at,
ödənişsiz sınaq dərsinə yazıl

Tədrisi seçin