Proqramlaşdırma öyrənirsənsə, bunları heç vaxt etməməlisən

Proqramlaşdırmaya yeni başlayanların nələr etməli ilə bağlı yəqin ki, çoxlu sayda məqaləyə, məsləhətə rast gəlmisən. Bəs proqramçılar hansı səhvlərə yol verməməlidir? Proqramlaşdırma öyrənməyə yeni başlayanlar üçün hazırladığımız bu məqalədə bu suala cavab tapacaqsan. 


Copy/Paste

Yazdığın kodu tam başa düşməmiş onu copy paste etməyinin sənə heç bir faydası olmayacaq. Bu sənə işini uzadırsanmış kimi gələ bilər, amma yaxşı proqramçı olmaq istəyirsənsə, bu yoldan keçməlisən.

Səhv etməkdən qorxmaq

Proqramlaşdırma öyrənərkən yazdığın kodun işləməməsi dünyanın sonu demək deyil. Tam tərsi təkrar-təkrar yoxlayaraq səhvlərini düzəltmək ən effektiv öyrənmə üsuludur. 

Tutoriallardan asılı olmaq

Bir problemlə qarşılaşanda onu birbaşa "google"lama, ilk öncə özün düşün, problemi həll etməyin yollarını axtar. Bu sənin proqramçı kimi praktiki bacarıqlarının daha da yaxşı olmasına kömək edəcək.

Asandı deyib keçmək

İlk mövzular sənə asan görünür deyə ötürmək istəyə bilərsən, amma unutma ki, ən mürəkkəb məsələlərin təməli də yenə bu sadə mövzulara dayanır. Unutma ki, proqramlaşdırmanı öyrənmək üçün səbrli olmaq vacibdir.

Bütün dilləri eyni anda öyrənməyə çalışmaq

Eyni anda birdən çox proqramlaşdırma dili öyrənmək ilk baxışdan məntiqli səslənə bilər, amma sən robot deyilsən. Öyrəndiklərini qarışdırmamaq və özünə çox yüklənməmək üçün ilk öncə sadəcə bir proqramlaşdırma dilini mükəmməl öyrənməyə çalış.

Təslim olmaq

Kod yazarkən davamlı olaraq səhvlərlə və çətinliklərlə üzləşə bilərsən, amma unutma ki, bu gün sahənin ən yaxşıları hesab edilən proqramçılar da ilk əvvəl sənin yaşadığın problemləri yaşayıblar. Bəs səncə onlar təslim olublar?

Hansı məkanda

təhsil alacaqsan?

Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya

Bizi tövsiyə

edirlər:

it kurslar bakida
Jafar Najaf

Growth hacker, Chapple.ai startapının təsisçisi

Bu sahədə karyera qurmaq istəyənlər üçün dəyərli seçim olduğunu düşünürəm və öz yaxınlarıma da tövsiyə edirəm.

it kurslar bakida
Seymur Rasulov

Whelp startapının təsisçisi

Tanıdığım, etibar etdiyim və öz yaxınlarıma da tövsiyə etdiyim IT sektorunda qabacıq akademiyalardan biridir.

it kurslar bakida
Toğrul Ələkbər

Karyera məsləhətçisi, kouç

Div Academy vizyonunu və yanaşmasını təqdir etdiyim, keyfiyyətinə güvəndiyim bir məkandır.

it kurslar bakida Sənə yardımçı olmaq
üçün buradayıq

Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keç

  • aysel div academy

kod yazmaqİlk addımı at,
ödənişsiz sınaq dərsinə yazıl

Tədrisi seçin