Proqramlaşdırmanın şəxsi inkişafda rolu


Proqramlaşdırma günü-gündən yenilənən və dəyişən dünyamızda əhatəli tətbiq edilən və öyrənilməsi vacib sahələrdən biridir. 

Bəs siz bilirdiniz ki, proqramlaşdırmanın şəxsi inkişafda böyük rolu var?! 🤔

Proqramlaşdırma öyrənərkən biz yalnız texniki biliklərimizin deyil, həmçinin şəxsi bacarıqlarımızın inkişafına da çalışırıq. Şəxsi inkişafımızda proqramlaşdırmanın müsbət təsirlərinə aşağıdakıları misal göstərə bilərik:

1. Həllyönümlülük🧩

Proqramlaşdırma öyrənən zaman bir sıra problemlərlə qarşılaşır və onların həll edilməsi üçün çalışırıq. Bu bacarığımız, şübhəsiz ki, şəxsi həyatımıza da öz təsirini göstərir.

2. Analiz etmə qabiliyyəti📊

Proqramlaşdırma məsələlərini həll edərək analitik və məntiqi düşünmə bacarıqlarımızı inkişaf etdirə bilərik. Analitik düşünmə tək işimizdə deyil, gündəlik həyatımızda da bizim üçün əhəmiyyətlidir.

3. Planlı hərəkətetmə⏰

Hər bir sahədə planlı olmağın vacib olduğunu bilirik. Müxtəlif proqramlar və alqoritmlərlərlə işləyərkən proqramçılar planlı olmağa daha çox diqqət yetirirlər. Bu da öz növbəsində onların şəxsi həyatlarında məqsəd və hədəflərinə çatmağında əvəzsiz rol oynayır.

4. Komandayla işləmə bacarığı✌️

Proqramlaşdırma layihələri, əsasən, bir komanda tərəfindən icra edilir, bu da, təbii ki, bizim komandayla işləmə və insanlarla ünsiyyət qurma bacarıqlarımızı inkişaf etdirir.

5. Fokuslanma🎯

Günümüzdə bir çoxumuzun diqqət dağınıqlığından əziyyət çəkməsi danılmazdır. Haqqında bəhs etdiyimiz sahə üçün diqqətin bir işə cəlb olunması, yəni fokuslanma önəmli faktor hesab edilir. Bu həmçinin gündəlik yaşamımızda da digər işlərdə daha uğurlu olmağımıza kömək edən amillərdən biridir. 
 
Beləliklə, proqlamlaşdırma sahəsini öyrənməyimizin şəxsi inkişaf və müsbət keyfiyyətlərimizin təkmilləşməsində böyük rolu olduğunu öyrənmiş olduq.

Hansı məkanda

təhsil alacaqsan?

Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya

Bizi tövsiyə

edirlər:

it kurslar bakida
Jafar Najaf

Growth hacker, Chapple.ai startapının təsisçisi

Bu sahədə karyera qurmaq istəyənlər üçün dəyərli seçim olduğunu düşünürəm və öz yaxınlarıma da tövsiyə edirəm.

it kurslar bakida
Seymur Rasulov

Whelp startapının təsisçisi

Tanıdığım, etibar etdiyim və öz yaxınlarıma da tövsiyə etdiyim IT sektorunda qabacıq akademiyalardan biridir.

it kurslar bakida
Toğrul Ələkbər

Karyera məsləhətçisi, kouç

Div Academy vizyonunu və yanaşmasını təqdir etdiyim, keyfiyyətinə güvəndiyim bir məkandır.

it kurslar bakida Sənə yardımçı olmaq
üçün buradayıq

Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keç

  • aysel div academy

kod yazmaqİlk addımı at,
ödənişsiz sınaq dərsinə yazıl

Tədrisi seçin