Süni İntellekt və Proqramlaşdırma

Süni İntellekt və Proqramlaşdırma
Yəqin ki, sən də son zamanlarda Süni İntellekt ifadəsini çox eşitmisən. Onun haqqında hər gün yeni xəbərlər çıxır, tibb sahəsindən maliyyəyədək bir çox sferada ondan istifadə daha da artır, insanlar onun barəsində müxtəlif fikirlər irəli sürür vs. 

Yaxşı, bəs bu Süni İntellekt tam olaraq nədir? 🤔

Süni İntellekt və ya daha çox tanınan adı ilə desək, Artificial Intelligence ( AI ) insan zəkasına əsaslanan, rəqəmsal kompüter ya da robot tərəfindən idarə edilən texnologiyadır. Computer Science sahəsinin Machine Learning qrupuna aid olan bu texnologiya bir çox kompleks taskları yerinə yetirə bilir. Bunlara aiddir:

  • biznes analizi və qərarvermə
  • marketinq və satış
  • brendinq və dizayn
  • şəkil, video, səslərin hazırlanması və editlənməsi
  • kod yazmaq
  • məlumat yaradılması və kommunikasiya 

Gördüyün kimi, Süni İntellektin bir çox bacarığı var. Bütün bu bacarıqları nəzər alsaq, ağlımızda o sual yaranır:

Süni İntellekt İnsanları əvəzləyəcək? 🤖


Əlbəttə ki, YOX! Süni İntellektin yaradılmasının ilkin və ən önəmli səbəbi insanlara kömək etməsidir. Nə qədər yüksək bacarıqlara sahib olsa da insan əməyini tamamilə əvəzləyə bilməsi mümkün deyil. İllər əvvəl sənayə inqilab zamanı maşınlar da onlarca insanın görə biləcəyi işi tək başına görərək onları əvəz etmiş kimi görsəndi.

Lakin o maşınları ixtira edib nəzarət edənlərdə məhz insanlardı. İnnovasiya yeni iş sahələri və ixtisasların açılmasına gətirib çıxardır. Bir digər nümunəni isə, proqramlaşdırma üzərindən verək: Bir çoxlarının düşüncəsinə görə, əgər AI modelləri proqram təminatının inkişafı üçün lazımi kodları yaza bilirsə, deməli, gələcəkdə proqramçıları əvəzləyəcək.

Lakin bu düşüncə yanlışdır, çünki proqramlaşdırma sadəcə kod yazmaqdan ibarət deyil. Kodlars sadəcə bu işin texniki tərəfinin bir hissəsidir.

Proqramlaşdırma eyni zamanda Süni İntellektin edə bilmədiyi:

🎯 Kreativlik;
🎯 Problem həll edilməsi;
🎯 Kritiki düşüncə;
🎯 İntuisiya bacarıqlarını da özündə birləşdirir.

Bir proqramçı kod yazmaqdan əlavə keçmiş təcrübələrinə əsaslanaraq istifadəçi ehtiyaclarını müəyyənləşdirir, potensial riskləri nəzərə alır, işinə unikal perspektivdən yanaşmağa çalışır. 

Sayılan bu insan elementləri AI tərəfindən təkrarlana bilməz, lakin bu o demək deyil ki, proqramçılar AI istifadəsini öyrənməməlidir. Proqramçı müasir dövrdə getdikcə həyatımızın ayrılmaz bir parçasına çevrilən AI modelləri ilə “dostlaşaraq” gördüyü işi daha da optimallaşdıra və əmək bazarında rəqabətə davamlı bir fərdə çevrilə bilər. 🚀

Partnyorlarımız

Ada Universiteti Div Academy
Bakı Ali Neft Məktəbi Div Academy
Dövlət Məşğulluq Agentliyi Div Academy
Sabah hub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Div Academy
Kapitalbank Div Academy
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Div Academy
Təhsil Assosiasiyası Div Academy
ABB Bank Div Academy
Hesab.az Div Academy
Ulduzum Div Academy
Unibank Div Academy

Müraciət et

Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keçin, biz sizinlə əlaqə saxlayaq.



Mobil nömrə minimum 9, maksimum 12 simvoldan ibarət olmalıdır.

Kursu seçin