
Niyə Starbucks yaşıl, Costa isə qırmızıdır?
Bir gün Starbucks loqosu qırmızı olsaydı, sən orda eyni rahatlığı hiss edərdin? Bəs Costa qırmızı yox, tamamilə qara olsaydı həmin xoş enerji qalardı? 🤔
Hər dəfə mağazaya girdikdə fərqinə varmadan, reklama baxdıqda, hətta qutu açdıqda belə rənglər bizi idarə edir. Rənglər sadəcə vizual element deyil, onlar insan beyninə siqnallar göndərən emosianal marketinq kodlarıdır.
Rənglər insan psixologiyasına necə təsir edir?
Bütün markalar çatmaq istədikləri hədəf auditoriyaya və çatdırmaq istədikləri mesaja uyğun gələn rəng seçirlər. Brendlər korporativ rənglərini loqolarında, sosial media hesablarında, internet saytlarında, mağazalarında, bir sözlə, istehlakçılarla ünsiyyətdə olduqları hər sahədə istifadə edirlər. Starbucks, McDonald's, Coca-Cola... Bu markaları eşidəndə ağlınıza dərhal hansı rənglər gəlir?
💚: sakitlik, təbiət, rahatlıq, orqanik (Spotify, Rolex, Div Academy)
💛: pozitivlik, dostluq, diqqət cəlbetmə (Nikon, Lays, Yelo Bank)
💙: etibar, sakitlik, peşəkarlıq (Facebook, Ford, ABB, VİSA)
💜: lüks, zənginlik, kreativlik (Olivia, Milka, FedEx)
❤️: iddialı, güc, sevgi (Cartier, Netflix, KitKat)
🖤: zəriflik, status, modernlik (Chanel, Adidas, Sony)
🤍: sadəlik, təmizlik, saflıq (Tesla, Apple, Nike)
🎨: qarışıq hisslər (Microsoft, Instagram, Google)
Araşdırılmalara görə, istehlakçıların 85%-i məhsulu ilk baxışda rənginə görə seçir. 💡
Brendlər üçün doğru rəngi necə seçməli:
-Rəng seçərkən məhsul növünə və auditoriya yaşına baxılmalıdır
-Gənc və dinamik auditoriya üçün parlaq rənglər, premium seqment üçün minimal tonlar daha uyğundur
-Rəng palitra markanın dəyərlərini vizual olaraq əks etdirməlidir.
Nümunə olaraq: Tiffany Blue rəngi nadirdir, çünki o, xüsusi olaraq Tiffany & Co. üçün yaradılmış və brend tərəfindən rəsmən patentləşdirilmiş unikal tondur. Bu ton nə tam mavi, nə də yaşıl sayılır.Pantone 1837 kimi qeyd olunur (brendin yaranma ilinə istinadla) və yalnız Tiffany-nin istifadə hüququ var; buna görə də o, həm vizual, həm də emosional olaraq eksklüzivlik və əlçatmazlıq simvoluna çevrilib.
-Brendin rəngi insanlarda hiss yaratmalı, sadəcə texniki görünüş olmamalıdır.
Hər bir detal düşünülmüş strategiya nəticəsində yaranır.Rənglər səssiz danışır amma doğru seçildikdə milyonlarla insanın hisslərinə və qərarlarına təsir edə bilər. 🌟
Bu kimi dijital marketinq sahəsində maraqlı faktlar və brend strategiyalarını öyrənmək üçün Div Academy bloqlarını izləməyə davam et! 🚀
Sənə yardımçı olmaq
İlk addımı at,