Rezin ördəklər kod yazmağı asanlaşdırır

Yazdığınız kodlardakı xətaları heç kimdən kömək istəmədən, çox uzun müddət sərf etmədən tapmağın bir yolu var: Rezin ördəklər 🦆

Rubber Duck Debugging” proqramçıların koddakı problemləri tapmaq üçün istifadə etdiyi maraqlı bir üsuldur. Bu metodun əsas ideyası kodu başa düşmək və səhvləri aşkar etmək üçün onu sanki bir rezin ördəklə danışırmış kimi izah etməkdir 🗣


Bu termin "The Pragmatic Programmer" adlı kitabdan gəlir. Kitabın müəllifləri Andrew Hunt və David Thomas proqramçılara səhvləri tapmaq üçün kodu hər hansı bir obyektə (məsələn, bir rezin oyuncağa) danışaraq izah etməyi məsləhət görürdülər. Bu ideya o qədər məşhurlaşdı ki, "Rubber Duck Debugging" ifadəsi proqramlaşdırmada rəsmi terminə çevrildi 💬

Bu metod necə işləyir?


🔸 Özünüzə bir "dinləyici" seçin – bu, rezin ördək, oyuncaq, hətta boş bir stəkan belə ola bilər.
🔸 Problemi izah edin – kodunuzu sanki ördək heç nə başa düşməyən bir varlıqmış kimi addım-addım açıqlayın.
🔸 Səhvləri tapın – izah edərkən özünüz kodun harada səhv işlədiyini tapa bilərsiniz.

Bu metod niyə effektivdir?


🔸 Düşüncələrinizi sistemləşdirir – Kodunuzu şifahi izah etmək məcburiyyətində qaldıqda, problemi daha aydın görürsünüz.
🔸 Özünüz səhvləri tapırsınız – Başqalarına izah etməyə ehtiyac qalmadan, sadəcə düşüncə prosesinizi dəyişərək səhvləri tapa bilirsiniz.
🔸 Kodunuzu daha yaxşı başa düşürsünüz – Sadə izah etdikcə, kodun məntiqində olan boşluqları görmək asanlaşır.

Gələn dəfə kodlaşdırma ilə bağlı bir probleminiz olanda öz rezin ördəyinizə bunu izah etməyə çalışın. Bəlkə elə ən yaxşı “debugging” dostunuz o olacaq 😉

Hansı məkanda

təhsil alacaqsan?

Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya

Bizi tövsiyə

edirlər:

it kurslar bakida
Jafar Najaf

Growth hacker, Chapple.ai startapının təsisçisi

Bu sahədə karyera qurmaq istəyənlər üçün dəyərli seçim olduğunu düşünürəm və öz yaxınlarıma da tövsiyə edirəm.

it kurslar bakida
Seymur Rasulov

Whelp startapının təsisçisi

Tanıdığım, etibar etdiyim və öz yaxınlarıma da tövsiyə etdiyim IT sektorunda qabacıq akademiyalardan biridir.

it kurslar bakida
Toğrul Ələkbər

Karyera məsləhətçisi, kouç

Div Academy vizyonunu və yanaşmasını təqdir etdiyim, keyfiyyətinə güvəndiyim bir məkandır.

it kurslar bakida Sənə yardımçı olmaq
üçün buradayıq

Akademiya və tədris proqramları haqqında daha ətraflı məlumat üçün qeydiyyatdan keç

  • aysel div academy

kod yazmaqİlk addımı at,
ödənişsiz sınaq dərsinə yazıl

Tədrisi seçin